AZ

Paşinyan Qarabağ mövzusunda MÜBAHİSƏ EDİB

Ajans.az xəbər verir ki, hadisə Şenqavit rayonunda baş verib. Görüş zamanı bir vətəndaş Paşinyanı 44 günlük müharibəsində itkilərə və Qarabağla bağlı qərarlara görə tənqid edib. Vətəndaş çıxışında minlərlə gəncin həlak olduğunu və buna görə hökuməti məsuliyyət daşıdığını bildirib. Bu açıqlama Paşinyanın sərt reaksiyasına səbəb olub. Baş nazir iddia edilən rəqəmlərlə razılaşmadığını bildirib və belə məlumatların siyasi ritorikadan qaynaqlandığını deyib.  “5000 rəqəmini haradan əldə etdiniz? Biz belə bir rəqəm dərc etməmişik. Siz müxalifətin ritorikasından istifadə edirsiniz. Qurbanların sayı sizə kifayət etmir ki, 5000-dən danışırsınız? Bu qurbanlar nəticəsində biz dövlət və müstəqillik əldə etmişik. Əgər bunu baş nazirin üzünə deyirsinizsə, bu, ölkəmizdə dövlətin, müstəqilliyin və demokratiyanın mövcudluğunu göstərir. Əgər 15 il əvvəl bunu desəydiniz, nəticəsi başqa cür olardı”

Paşinyan çıxışında ölkədə demokratiyanın mövcud olduğunu vurğulayaraq, ictimai müzakirələrin sərbəst şəkildə aparıldığını qeyd edib.

Seçilən
28
Ajans.az

1Mənbələr