AZ

“Google” təhlükənin qarşısını aldı - Hakerlərin yeni fırıldağı

Hakerlər artıq süni intellektdən istifadə edərək yeni kibercum üsulları yaradırlar.

Publika.az xəbər verir ki, bu barədə “Google” şirkəti məlumat yayıb.

Şirkət iki mərhələli qorunmanı (2FA) keçmək üçün hazırlanmış təhlükəli proqram aşkarladığını açıqlayıb. Bildirilib ki, bu proqram süni intellekt vasitəsilə yazılıb.

Mütəxəssislərin sözlərinə görə, hakerlər sistemdəki təhlükəsizlik boşluğundan istifadə edərək istifadəçi hesablarına daxil olmağı planlaşdırıblar. “Google Threat Intelligence Group” (GTIG) komandası hücumun qarşısını vaxtında alıb.

Seçilən
9
publika.az

1Mənbələr