AZ

"İran uranı zənginləşdirməni dayandıracaq" - Tramp

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, Vaşinqton və Tehran arasında aparılan danışıqlarda müəyyən gərginlik qalmasına baxmayaraq, İran uranın zənginləşdirilməsi proqramını dayandıracaq və nüvə silahı yaratmaq cəhdlərindən imtina edəcək.

Redaktor.az xəbər verir ki, Tramp WABC-nin “Sid and Friends in the Morning” verilişinə müsahibəsində “Onlar 100% dayanacaqlar” ifadəsini işlədib.

O, danışıqlar zamanı İran rəsmiləri ilə birbaşa təmasda olduğunu da bildirib və prosesin ABŞ tərəfindən idarə olunduğunu qeyd edib.

Trampın sözlərinə görə, Vaşinqton razılaşma üçün tələsmir: “Biz heç nəyi tələsdirməyəcəyik, blokadamız var.”

Prezident həmçinin İranla bağlı mövqeyini sərt ifadələrlə izah edərək nüvə proqramının tam dayandırılmasının əsas tələb olduğunu vurğulayıb.”

Aminə ŞAHSUVARQIZI

Seçilən
31
redaktor.az

1Mənbələr