AZ

Cənub bölgəsində urban landşaftlarının ekoloji dayanıqlığı araşdırılıb

Bakı, 12 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının əməkdaşları Cənub bölgəsində ekspedisiya aparıblar.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, tədqiqatlar zamanı regionun urban landşaftlarında ekoloji sabitliyin qorunması və dayanıqlığın təmin edilməsi məqsədilə regional və məhəlli səviyyədə 1:25 000 miqyaslı landşaft-ekoloji karkasın hazırlanması məqsədəuyğun hesab edilib.

Araşdırma çərçivəsində, həmçinin Ələt–Astara dəmiryolunun sahilboyu keçən hissəsinin sahildən köçürülməsinin vacibliyi qeyd olunub.

Mütəxəssislər bildiriblər ki, mövcud ekoloji vəziyyətin yaxşılaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Bu tədbirlərə müasir təmizləyici qurğuların qurulması, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi, meşələrin bərpası və sahil ekosistemlərinin qorunması daxildir.

Bununla yanaşı, əhalinin ekoloji maarifləndirilməsi və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi regionun ekoloji sabitliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

Seçilən
20
1
azertag.az

2Mənbələr