AZ

Zirə final matçına itki ilə çıxacaq

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Zirə" final matçına itki ilə çıxacaq

“Zirə” Azərbaycan Kubokunun finalında “Sabah”a qarşı keçirəcəyi oyundan öncə itki ilə üzləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Rəşad Sadıqov oyundan öncə keçirilən mətbuat konfransında məlumat verib:

"Hacıağa Hacılı son matçda 90 dəqiqə meydanda olmuşdu və müəyyən problemləri nəzərə alaraq onu mövqelərə hazırlayırdıq. Lakin bu gün adi bir epizodda zədələndi. Düşünürəm ki, bu zədə İmişlidəki yorğunluqla bağlıdır. Yəqin ki, sabahkı matçda iştirak ərizəsində yer almayacaq. Hacıağa oyunlarda az iştirak etsə də, "Sabah"a, "Qarabağ"a qarşı matçlarda, avrokubokun vacib oyunlarında ona həmişə ehtiyac olub. Mənim üçün onun yoxluğu ciddi itkidir. Sabah əsas heyətdə başlamasa da, sonradan şans vermək baxımdan böyük itkidir"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
3
qol.az

4Mənbələr