Səhiyyə Nazirliyinin tabeliyində "Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair "Pnevmokok" (PCV13) vaksini satın alacaq.
Ölkə.az xəbər verir ki, mərkəz ümumilikdə 300 min doza peyvənd alacaq.
Mərkəz alınacaq peyvəndlər müqabilində ümumilikdə 12 milyon 879 min 700 manat ödəməyi planlaşdırır.