İspaniya nəhəngi "Real Madrid" rəhbərliyi gözlənilməz addım ataraq təcrübəli mütəxəssis Joze Mourinyuya rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, "AS" qəzetinin iddiasına görə, portuqaliyalı baş məşqçi "kral klubu"na qayıtmaq üçün əsas şərtini artıq irəli sürüb.
Mourinyu rəhbərlikdən hücum xəttini gücləndirmək məqsədilə hazırda "Qalatasaray"da icarə əsasında çıxış edən Viktor Osimhenin transfer edilməsini tələb edib.
Xatırladaq ki, Joze Mourinyu 2010-2013-cü illər aralığında "Real Madrid"i çalışdırıb və bu müddətdə La Liqa çempionluğu daxil olmaqla 3 titul qazanıb.