AZ

Əhliman Əmiraslanov, Nuru Bayramov və Çingiz Rəhimov tərəfindən hazırlanan kitabın təqdimatı keçirildi



12 may 2026 tarixdə Azərbaycan Tibb Universiteti-nin Tədris Cərrahiyyə Klinikasında “Türk Dillerinin Tıp Terimleri Sözlüğü” adlı çoxdilli fundamental nəşrin təqdimat mərasimi keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyev-in xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Türk Akademiyası-nın təşkilatçılığı ilə nəşr olunan kitab Azərbaycan Terminologiya Komitəsi-nin dəstəyi və 31 müəllifin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlmişdir. İki cilddən ibarət olan nəşrdə 8000-ə yaxın tibbi termin yer almışdır.

Tədbirdə bir sıra nüfuzlu dövlət və elm xadimləri iştirak etmişlər. Onlardan Milli Məclisin Səhiyyə Komitəsinin sədri? akademik Əhliman Əmiraslanov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, layihənin koordinatoru Aynur Myemerova, millət vəkilləri Günay Əfəndiyeva, İlham Məmmədov, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın səfiri Maksat Mamıtkanov, Özbəkistanın səfiri Bahrom Aşrafxanov, professor Çingiz Rəhimov, Terminologiya Komitəsinin sədr müavini professor Sayalı Sadıqova və AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxış etmişlər.

Çıxışlarda qeyd olunmuşdur ki, bu nəşr türk dünyasında tibbi terminologiyanın sistemləşdirilməsi baxımından tarixi və mühüm elmi hadisədir. Bildirilmişdir ki, lüğət müxtəlif türk dillərində yazılmış tibbi mətnlərin daha asan anlaşılmasına, eləcə də süni intellekt əsaslı tərcümə sistemlərinin inkişafına töhfə verəcəkdir.

Kitabda terminlər 11 dildə ingilis və rus dilləri ilə yanaşı, 9 türk dilində- Azərbaycan, Başkırt, Qazax, Qaraqalpaq, Qırğız, Özbək, Tatar, Türk və Türkmən dillərində təqdim olunmuşdur. Terminlərin əsas bazası azərbaycanlı alimlər Nuru Bayramov, Əhliman Əmiraslanov və Çingiz Rəhimov tərəfindən hazırlanmış, daha sonra digər türk dövlətlərindən olan mütəxəssislər tərəfindən genişləndirilmişdir.

Tədbirdə vurğulanmışdır ki, bu layihə türk dillərində ortaq terminoloji bazanın formalaşdırılması və gələcək elmi əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.

Kitabla tanış olmaq üçün:

Kitabı aşağıdakı link və QR-kod ilə görmək olar.

https://turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages

https://turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages-2siltvol

Kitabın müəllifləri

Shahin Mustafayev

Ainur Mayemerova

Nuru Bayramov

Ahliman Amiraslanov

Chingiz Rahimov

Zinnur Sirazitdinov

Shamsheddin Abdınazımov

Ogulbay Gaylıeva

Khojaahmed Tolıbayev

Zhaugashty Akhmetov

Bauyrzhan Shakenov

Lunara Iskakova

Maral Yergazına

Aiman Iskındırova

Dias Zhunistayev

Aizhan Aldangorova

Osmanali Masalıev

Fiarida Tagirova

Abdugafur Gadaev

Yusuf Bayraktar

Nesrin Bayraktar

Arda Bayraktar

Sherzod Zakırkhodjaev

Khilola Mirakhmedova

Ulugbek Abdullaev

Sayali Sadıgova

Nizami Jafarov

Sherubay Kurmanbaiuly

Syrtbai Musayev

Osman Mert

Abduvakob Madvaliyev

Seçilən
3
2
baki-xeber.com

3Mənbələr