AZ

Almaniyada investor etimadı may ayında yaxşılaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alman investorlarının iqtisadiyyata inamında sürpriz canlanma qeydə alınıb.

Banco.az xəbər verir ki, Almaniyada investor etimadı may ayında yaxşılaşıb.

“ZEW” İnstitutunun gözləntilər indeksi aprel ayında mənfi 17,2 səviyyəsində olduğu halda, may ayında mənfi 10,2-yə yüksəlib. “Bloomberg”in keçirdiyi sorğuda iqtisadçıların proqnozu göstəricinin mənfi 19,5 olacağı istiqamətində idi.

Cari vəziyyət indeksi isə may ayında mənfi 77,8 səviyyəsinə geriləyib. Əvvəlki göstərici mənfi 73,7 olmuşdu.

“ZEW”in rəhbəri Axim Vambax çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, maliyyə bazarı mütəxəssisləri İran müharibəsinin yaxın zamanda başa çatacağını gözləyirlər.

O qeyd edib: “Yaxın Şərqdəki qarşıdurmanın zəifləməsi və hökumətin iqtisadi stimullaşdırma tədbirlərinin effektiv nəticə verməsi halında, 2026-cı ilin ikinci yarısında mümkün iqtisadi toparlanma ilə bağlı ehtiyatlı nikbinlik mövcuddur.”

Almaniya iqtisadiyyatı yüksək enerji qiymətləri və inflyasiyadakı kəskin artım səbəbindən təzyiq altında qalmağa davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
28
1
banco.az

2Mənbələr