AZ

“Qanlı dərə”də qorxunc tapıntı – aylardır axtarılan şəxsin meyiti aşkarlandı - Foto

Salyanda bir neçə ay əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə “Qanlı dərə” kimi tanınan, Qaraçala ilə Şirvan şəhərinin sərhədində yerləşən ərazidə baş verib.

Bildirilir ki, Salyanın Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rahim Mirsalam oğlu Mustafayev təxminən dörd ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. O, ailə üzvlərinə səs yazısı göndərərək guya Rusiyaya işləməyə getdiyini bildirib.

Uzun müddət ondan heç bir xəbər ala bilməyən yaxınları hüquq-mühafizə orqanlarına müraciət edərək onun itkin düşdüyünü bildiriblər. Polis əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində Rahim Mustafayevin meyiti bu gün “Qanlı dərə” adlanan ərazidə aşkarlanıb.

İlkin ehtimallara görə, o, taksi ilə həmin əraziyə gəlib, daha sonra dərin yarğana enərək özünü ov tüfəngi ilə güllələyib. Meyitin qalıqları aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
75
musavat.com

1Mənbələr