“Speys” müstəqil teleradio şirkətində kadr dəyişiklikləri davam edir. Verilən məlumata görə, telekanalın icraçı direktoru Nəriman Əbdüləliyev bu gün vəzifəsindən uzaqlaşdırılıb. Məsələ ilə bağlı məlumatı jurnalist Arifə Əliyeva paylaşıb.
AzNews.az Konkret.az-a istinadla xəbər verir ki, Nəriman Əbdüləliyev artıq bu gün kollektivlə görüşərək onlarla vidalaşıb. Qeyd edək ki, o, “Speys” TV-nin keçmiş baş direktoru Vado Karovinin kürəkənidir.
Vado Karovinin kanaldakı fəaliyyəti başa çatdıqdan sonra, Nəriman Əbdüləliyevin də tezliklə işdən çıxarılacağı media dairələrində gözlənilən addım kimi qiymətləndirilirdi.