"Arsenal"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Ben Uayt zədələnib.
O, Premyer Liqanın XXXVI turunun "Vest Hem"lə səfər matçında (1:0) xəsarət alıb.
Arxa xətt oyunçusunun sağ dizində zədə aşkarlanıb. İngiltərəli UEFA Çempionlar Liqasının mayın 30-da PSJ ilə keçiriləcək final oyununda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Arsenal" Ben Uaytı 2021-ci ilin yayında "Brayton"dan transfer edib.
PSJ-nin qolkiperi zədəsini sağaldıb
La Liqa klubunun heyətində ciddi itki - MÖVSÜMÜ BAŞA VURDU
DÇ-2026: BRAZİLİYA MİLLİSİNİN HEYƏTİ AÇIQLANDI
Dembele ən yaxşı seçildi
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA