Yeniyetmənin əlindən futbol köynəyi alan futbolçu ömürlük diskvalifikasiya edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Media Liqasının (MFL) mətbuat xidməti məlumat yayıb.
“WINLINE” Media Liqası “FC Vibe” klubunun oyunçusu Əhmədpaşa Qalbasdıbırovu ömürlük oyunlardan kənarlaşdırıb.
Buna səbəb onun “Dinamo” – “Krasnodar” matçından sonra 16 yaşlı yeniyetmədən Eduard Spertsyana məxsus oyun köynəyini zorla alması olub.
Liqanın rəsmi “Telegram” kanalında yayılan bəyanatda deyilir:
“Liqa rəhbərliyinin qərarı ilə “FC Vibe”nin oyunçusu Əhmədpaşa Qalbasdıbırov “Dinamo” – “Krasnodar” matçında baş verən hadisədən sonra MFL oyunlarında iştirakdan ömürlük diskvalifikasiya edilib. Bu qərar şikayətə tabe deyil”.
Media Liqasının rəhbəri Osipov isə öz növbəsində azarkeşə köynəyin geri qaytarılacağını vəd edib.
Hadisə ictimaiyyətdə ciddi rezonans doğurduqdan sonra Liqa rəhbərliyi sərt tədbirlər görməyi qərara alıb.
Xuraman Etibarlı
İnterpress.az