Fransa prokurorluğu Lük Bessona qarşı təhqiqatın bərpa olunmasını tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Fransa prokurorluğu aktrisa Send Van Royun təcavüzdə ittiham etdiyi rejissor Lük Bessona qarşı araşdırmanın bərpa olunmasını xahiş edib.
Buna əsas kimi aktrisanın geyimindən götürülmüş DNT nümunələrinin analizi göstərilir.
Xatırladaq ki, “Beşinci element” filminin rejissorunu aktrisa 2018-ci ildə ittiham edib.
Onun sözlərinə görə, rejissor onun çayına narkotik maddə qataraq ona təcavüz edib. Lakin o dövrdə aktrisanın qan analizində narkotik maddə aşkarlanmamışdı.
İttiham olunan rejissorun vəkilləri hələlik yeni vəsatətlə bağlı açıqlama verməyiblər.
Xuraman Etibarlı
İnterpress.az