AZ

NATO Baş katibi: Ankara sammitində müdafiə investisiyaları müzakirə olunacaq

NATO Baş katibi Ankarada keçiriləcək sammitin gündəmini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

NATO-nun Baş katibi Mark Rütte Monteneqronun paytaxtı Podqoritsada Baş nazir Miloyko Spayiç ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

Rütte iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə müdafiə sahəsinə yatırılan investisiyaların konkret döyüş imkanlarına çevrilməsi məsələsinin müzakirə ediləcəyini bildirib.

Baş katib həmçinin Monteneqronun NATO-ya üzvlüyünə də toxunub. O, ölkənin bayrağının alyansın qərargahında qaldırılmasından təxminən 9 il keçdiyini xatırladaraq, bu müddət ərzində Monteneqronun transatlantik alyansın “dəyərli bir üzvü” olduğunu qeyd edib.

Rütte alyansın təhlükəsizlik strategiyalarının gücləndirilməsi istiqamətində üzv ölkələrlə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
74
interpress.az

1Mənbələr