ain.az, Baku.ws saytına istinadən bildirir.
Xalq artisti Röya Ayxanla həmkarı Murad Arif bir neçə gündür ki, sosial mediada geniş rezonans doğuran "Bumeranq" layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, səhnəmizin iki sevilən, çılğın və coşqulu ulduzları Röya və Murad "Bumeranq" adlı mahnı üçün bir araya gəliblər.
Mahnının musiqisi və sözləri Murad Arifə aiddir. Klipin rejissoru Emin Muradovdur.
Müğənnilər mahnının tizerini öz tiktok səhifələrində paylaşan kimi, bir neçə gün ərzində mahnıya yüzlərlə video çəkilib "Bumeranq" rəsmən tiktokda trend ola bilib.
Əsl yay hiti olan, rəngarəng klipin çəkilişləri iki gün çəkib, sənətçilər 4 obrazda kamera qarşısına keçib.
Hər iki ifaçının geyimləri üçün məşhur stilist Tarık Gül Türkiyədən Azərbaycana gəlib.
Qalereya
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.