AZ

Lökbatandakı yanğın “Kontakt Home”un anbarında olub

Lökbatandakı yanğın “Kontakt Home” mağazalar şəbəkəsinin anbarında olub.

 

Senzor.az bildirir ki, bu barədə “Kontakt Home” sosial media hesabında məlumat yayıb.

 

"Bu gün ölkənin bir çox böyük markalarının ortaq istifadə etdiyi anbar kompleksində yanğın hadisəsi baş verib. İşçilərin və hadisə yerindəki hər kəsin sağ-salamat olması bizim üçün ən böyük təsəllidir. Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

 

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Səbirsizliklə gözlədiyiniz məhsulları ən qısa zamanda sizə çatdırmaq üçün komandamız var gücü ilə, dayanmadan çalışır", - məlumatda qeyd olunub.

 

Yanğın zamanı "Birmarket"ə məxsus anbara da zərər dəyib. Bununla əlaqədar olaraq şirkət aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana biləcəyini açıqlayıb.

 

Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə nazirliyin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.

Seçilən
116
senzor.az

1Mənbələr