Mayın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 15-18°, gündüz 24-29° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 26-31°, dağlarda gecə 8-13°, gündüz 17-22°, bəzi yerlərdə 26° isti olacaq.