AZ

Liseyin şagirdi “Əlaçı”nın qalibi olub

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fatimə Əsgərova “Əlaçı” verilişinin qalibi olub.

Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Fatimə Əsgərova yalnız bu nailiyyəti ilə deyil, həm də akademik uğurları ilə seçilir. O, həm ötən tədris ilində, həm də cari tədris ilində Respublika fənn olimpiadası çərçivəsində biologiya fənni üzrə bürünc medala layiq görülüb.

Seçilən
45
azedu.az

1Mənbələr