AZ

Mədə xərçənginə qarşı yeni təbii VASİTƏ

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Noni meyvəsindən hazırlanan şirə mədə xərçəngi hüceyrələrinin böyüməsini dayandıra bilər.

Redaktor.az xəbər verir ki, bu nəticə “Food-Function” jurnalında dərc olunan yeni araşdırmada ortaya çıxıb.

Alimlər  noni şirəsinin həm mədə xərçəngi hüceyrələrinə, həm də siçanlar üzərində yaradılmış xəstəlik modelinə təsirini araşdırıblar.

Təcrübələr zamanı məlum olub ki, noni şirəsi şiş hüceyrələrinin canlılığını azaldır, onların çoxalmasının və yayılmasının qarşısını alır. Bundan əlavə, heyvanlarda şişlərin inkişafı da ləngiyib.

Araşdırmaya görə, noni şirəsi “ferroptoz” adlanan xüsusi hüceyrə ölümü mexanizmini işə salır. Bu proses dəmir yığılması, lipidlərin oksidləşməsi və hüceyrə membranlarının zədələnməsi ilə əlaqəlidir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
redaktor.az

2Mənbələr