AZ

İsrail ABŞ-ın İrana qarşı hərbi təzyiqi azaltmasından məyus olub

Vaşinqtonun qərarları Hörmüz boğazı ətrafındakı gərginlik fonunda Təl-Əvivlə koordinasiyasız qəbul edilib...

İsrail ABŞ-ın İrana qarşı hərbi təzyiqi zəiflətməsindən narazılıq ifadə edib.

Poliqon xəbər verir ki, bu barədə “Al-Monitor” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ tərəfi Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə əlaqədar İrana qarşı hərbi təzyiqin azaldılması barədə qərarını İsraillə əvvəlcədən razılaşdırmayıb və bu barədə rəsmi Təl-Əvivə öncədən xəbərdarlıq edilməyib.

Mənbələrin bildirdiyinə əsasən, İsrail rəsmiləri bu addımı strateji koordinasiyanın zəifləməsi kimi qiymətləndirir və ABŞ-İsrail təhlükəsizlik əməkdaşlığında boşluqların yarana biləcəyindən narahatdır.

Analitiklərin fikrincə, tərəflər arasında yaranan fikir ayrılığı regionda, xüsusilə İran ətrafında formalaşan təhlükəsizlik balansına birbaşa təsir göstərə bilər və gələcək hərbi-siyasi qərarların daha mürəkkəb koordinasiya tələb edəcəyini göstərir.

Poliqon.info

Seçilən
46
13
poliqon.info

10Mənbələr