AZ

Türkiyə və Ermənistan birbaşa ticarəti bərpa edir


Türkiyə və Ermənistan arasında normallaşma prosesinin bir hissəsi olaraq birbaşa ticarətin başlanması barədə hazırlıqlar 11 may 2026-cı il tarixində başa çatıb.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçeli sosial şəbəkə səhifəsində məlumat verib.
Mətbuat katibi həmçinin, 2022-ci ildən bəri davam edən iki ölkə arasında normallaşma prosesi ilə bağlı yeni tənzimləmənin təfərrüatlarından bəhs edib.
Onun sözlərinə görə, yeni qayda sayəsində artıq Türkiyədən Ermənistana üçüncü ölkə vasitəsilə və ya Ermənistandan Türkiyəyə eyni marşrutla gedən malların son təyinat yerini və ya mənşə yerini sənədlərdə “Türkiyə/ Ermənistan” kimi göstərmək mümkündür.
Keçeli həmçinin sərhədin açılması üçün texniki işlərin görüldüyünü bildirib.
Seçilən
24
yeniavaz.com

1Mənbələr