ABŞ prezidenti Donald Tramp administrasiyası Rusiya ilə münasibətləri yumşaltmaq üçün yeni addımlar üzərində işləyir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.
Ağ Ev hesab edir ki, Moskva ilə yaxınlaşma Vaşinqtona qlobal güc balansını dəyişmək və Çinin təsir imkanlarını zəiflətmək üçün əlavə üstünlüklər qazandıra bilər.
Amerika rəsmilərinin fikrincə, hazırda ABŞ və onun müttəfiqləri üçün əsas təhlükə Rusiya deyil, məhz Çindir. Bununla belə, beynəlxalq ekspertlər Kremlin Vaşinqtonla strateji yaxınlaşmaya gedəcəyinə inanmırlar.
Tramp daha əvvəl ABŞ və Çini dünyanın iki əsas supergücü adlandırmışdı. O bildirmişdi ki, ABŞ ordusu hələ də dünyanın ən güclü ordusudur, Çin isə hərbi gücə görə ikinci yerdə qərarlaşıb.