Ermənistan Respublikası Xarici İşlər Nazirinin sözçüsü Ani Badalyan Türkiyənin Ermənistanla ikitərəfli ticarətə maneələri aradan qaldırmasına toxunaraq, bunun iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində atılan mühüm addım olduğunu vurğulayıb.
"Yeni Sabah" xəbər verir ki, sözçü bu barədə "Facebook" səhifəsində yazıb:
"Türkiyənin Ermənistan Respublikası ilə ikitərəfli ticarətə maneələri aradan qaldırmaq qərarını alqışlayırıq, bu, Ermənistan və Türkiyə arasında normallaşma prosesinin daha bir nəticəsidir. pizza mizza
Bu qərar iki ölkə arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsi, regional iqtisadi əlaqələrin təşviqi və sülhün və rifahın təmin edilməsi baxımından əhəmiyyətlidir.
Vurğulayırıq ki, bu, iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində atılan mühüm addımdır".
A.Badalyan qeyd edib ki, bu, məntiqi olaraq Ermənistan-Türkiyə sərhədinin açılmasına və diplomatik münasibətlərin qurulmasına gətirib çıxara bilər.
Daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla birbaşa ticarətin başlanması üçün hazırlıqların başa çatdığını elan edib.
Telegram kanalımız