AZ

Levandovskinin yeni klubu bilindi Nə Yuventus dur, nə də Mançester Yunayted

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Barselona"dan ayrılacağını qərarlaşdıran polşalı hücumçu Robert Levandovskinin yeni klubu böyük ölçüdə bəllidir.

Fanat.Az xəbər verir ki, 37 yaşlı forvard Portuqaliyaya yollanır. 

Məlumatı "Sky Sport" un jurnalisti Florian Plettenberq yayıb. Xəbərə görə, "Portu" onunla müqavilə imzalamağa yaxındır. Hücumçuya bir çox başqa təkliflər olsa da, Portuqaliya nəhənginin bu razılaşmaya daha ciddi yanaşdığı bildirilir.

Levandovski dünən verdiyi açıqlamada karyerasını nisbətən aşağı liqada davam etdirmək seçiminin olduğunu bildirib. Onun məhz Portuqaliyanı nəzərdə tutduğu güman olunur.

Levandovskinin "Barselona" ilə müqaviləsinin müddəti bu ilin iyun ayının sonuna qədərdir və müqavilənin uzadılması ehtimalı azdır. Polyakın agenti oyunçunu A Seriyasına yerləşdirməyə çalışsa da, "Yuventus"un ona olan marağı azalıb. 

Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 43 oyuna çıxaraq 18 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
fanat.az

2Mənbələr