AZ

Bu yanaşmada universitet sənaye əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır Ədalət Muradov

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa universitetləri sahibkarlığı ayrıca fənn kimi deyil, universitet mədəniyyətinin tərkib hissəsi kimi formalaşdırmağa çalışırlar. Məqsəd tələbəni yalnız iş axtaran deyil, yeni ideya və biznes yaradan şəxsə çevirməkdir. Bu yanaşmada universitet-sənaye əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır”. 

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor qeyd edib ki, Avropa modelində şirkətlər universitetlər üçün sadəcə tərəfdaş deyil, təhsil prosesinin bir hissəsidir. Tədris proqramlarının hazırlanması, tətbiqi layihələr, innovasiya laboratoriyaları və startap ekosistemləri əmək bazarı ilə universitet arasında sərhədləri zəiflədərək daha çevik model yaradır. Universitetlərin iqtisadi və regional inkişafda rolu getdikcə güclənir və ali təhsil müəssisələri artıq şəhərlərin və ölkələrin innovasiya strategiyasının əsas elementlərindən birinə çevrilir.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
525.az

1Mənbələr