AZ

15-ci mərtəbədən yıxılan 4 yaşlı uşaq SAĞ QALDI

Yekaterinburqda 4 yaşlı uşaq 15-ci mərtəbədən yıxılaraq sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS şəhərin Daxili İşlər İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rusiyanın Yekaterinburq şəhərində azyaşlı ilə bağlı inanılmaz hadisə baş verib. Dörd yaşlı uşaq yaşayış binasının 15-ci mərtəbəsindən yıxılıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Möcüzəvi şəkildə sağ qalan azyaşlı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini və valideynlərin məsuliyyətini araşdırır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
31
interpress.az

1Mənbələr