AZ

WUF13 ilk: Konfrans sessiyalarına canlı qoşulmaq və sual vermək imkanı yaradılacaq

BAKI, 13 may. TELEQRAF

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında İlk dəfə olaraq istənilən ölkədən iştirakçı canlı qoşularaq sual vermək imkanı əldə edəcək”.

Teleqraf xəbər verir ki, bu sözləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.

O vurğulayıb ki, konfrans sessiyalarına canlı qoşulmaq və sual vermək imkanı yaradılacaq.

“Canlı yayım imkanları üçün xüsusi otaqlar ayrılıb. Bu məqsədlə 14 otaq nəzərdə tutulub. Eyni zamanda forum üçün xarici ölkədən 165 tərcüməçi dəvət olunub”, - o bildirib.

Seçilən
35
1
teleqraf.com

2Mənbələr