AZ

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının IV mərhələsinin qalibi müəyyənləşib

Naftalan, 13 may, AZƏRTAC

"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, finişə İtaliyanın "Bardiani" komandasının üzvü Marko Manenti birinci çatıb.

O, Gəncədən Naftalana qədər 152,8 kilometr məsafəni hamıdan tez qət edib.

Qeyd edək ki, ilk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, II və III mərhələdə isə müvafiq olaraq, Qazaxıstanın "XDS Astana" komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa 1-ci yeri tutublar.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Müxbir - Cavid Əliyev
Seçilən
40
7
azertag.az

10Mənbələr