AZ

Gürcüstanın xarici ticarət dövriyyəsi 1,7 faiz artıb

Tbilisi, 13 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 8 132,1 milyon ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ixracın həcmi 21,1 faiz artımla 2,439,8 milyon ABŞ dolları olub. İdxalın həcmi isə 5,692,3 milyon ABŞ dolları olub ki, bu da ötənilkindən 4,9 faiz azdır.

2026-cı ilin yanvar-aprel aylarında mənfi ticarət saldosu 3 252,5 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 40 faizini təşkil edir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
41
azertag.az

1Mənbələr