AZ

"Azərbaycanın mövqeyi Fransanın Qafqaz siyasətini alt-üst etdi" -Əziz Əlibəyli

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri zamanı Bakıda müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edilən erməni separatçıları ilə bağlı məsələni əvvəlcə Nikol Paşinyanla, daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etmək istədiyini deməsi regionda yeni siyasi müzakirələr yaradıb.

Maraqlıdır, Emmanuel Makronun Cənubi Qafqazda istəyi nədir?

Politoloq Əziz Əlibəyli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Fransa Afrikada və Yaxın Şərqdə mövqelərini itirib:

"Fransa Afrikada və Yaxın Şərqdə mövqelərini itirib. İndi isə yeni təsir zonası axtarır. Bu da Fransa üçün Ermənistandır. Paris buradan giriş nöqtəsinə, Yaxın Şərqə daxil olur. Ona görə də Ermənistanın Rusiyadan uzaqlaşması, Qərb orbitinə daxil olunması Fransa üçün bir fürsətdir. Hərbi əməkdaşlıq bunun daxilindədir. Amma Azərbaycanın mövqeyi, eyni zamanda 44 günlük müharibə Fransanın Qafqaz siyasətini alt-üst etdi. Fransa Ermənistan üzərində nə qədər istəyir o təsir imkanlarını əldə etsin, lakin Azərbaycanın qələbə faktoru bu prosesə mane olur. Ermənistanın Fransaya da həddindən artıq bağlanması onu Rusiya qarşısında da yeni geosiyasi bloklaşma zonasına çevirir. Yəni bir növ bölgədə Azərbaycan-Türkiyə balansı var və Fransa, o cümlədən Rusiya bunun əleyhinədirsə, bu bölgədə yeni gərginlik deməkdir. Ona görə də düşünürəm ki, Makronun Fransa siyasəti bölgədəki siyasi, iqtisadi, hərbi və digər dividendlər üçün bir geosiyasi plandır".

Aytəkin TOFİQQIZI 

Seçilən
30
redaktor.az

1Mənbələr