AZ

BEA: Cari ildə qlobal neft təklifi gündəlik 4 milyon barel azalacaq

BAKI, 13 may. TELEQRAF

Beynəlxalq Enerji Agentliyi (BEA) əvvəlki hesabatla müqayisədə 2026-cı ildə qlobal neft təklifi üzrə azalma proqnozunu gündəlik 2,5 milyon barel artırıb.

Teleqraf xəbər verir ki, təşkilatın qiymətləndirməsinə əsasən, nəticədə bu il dünyada neft təklifi gündəlik 4 milyon barel azalaraq 102,2 milyon barelə düşəcək.

Hesabatda bildirilib ki, Yaxın Şərqdə münaqişənin başlanmasından bəri qlobal neft tədarükü gündəlik 12,8 milyon barel azalıb. Apreldə isə Hörmüz boğazının bağlı qalması səbəbindən azalma gündəlik 1,8 milyon barel təşkil edib və tədarük 95,1 milyon barelə enib.

Agentlik may ayında qlobal neft tədarükünün daha 530 min barel/sutka azalacağını, bundan sonra isə cari ilin üçüncü rübündə tədricən bərpanın başlayacağını proqnozlaşdırır.

Seçilən
86
teleqraf.com

1Mənbələr