AZ

Xəzər sahilində yüzlərlə suiti TƏLƏF OLDU

Ajans.az xəbər verir ki, bu barədə yerli media Respublika Balıqçılıq və Akvakultura Assosiasiyasının regional şöbəsinin direktoru Daniyar Akimjanova istinadən məlumat yayıb. Onun sözlərinə görə, mayın 10-u və 11-də ətraf mühit fəalları Karajanbas və Buzaçi neft yataqları yaxınlığındakı sahil zolağında monitorinq aparıb və onlarla suiti cəsədi aşkar ediblər. Yalnız iki gün ərzində 37 ölü suiti qeydə alınıb. Akimjanov bildirib ki, müşahidələr sahil xəttinin yalnız kiçik hissəsini əhatə edir və real itkilərin daha çox olduğu ehtimal edilir. “Biz sahilin yalnız məhdud bir hissəsini yoxlaya bilirik. Hesab edirəm ki, ölən suitilərin faktiki sayı 300-dən xeyli çoxdur”, – deyə o qeyd edib. İlkin ehtimallara görə, suitilərin kütləvi ölümü ekosistemdə baş verən dəyişikliklərlə əlaqəli ola bilər. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.

Media.az

Seçilən
39
4
Ajans.az

5Mənbələr