AZ

"Olimpik Marsel" Beyeni 3 məşqçidən biri ilə əvəzləyəcək

"Olimpik Marsel" klubunun rəhbərliyi yeni baş məşqçi axtarışlarına başlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "L'Equipe" yayıb.

Məlumata görə, indiki çalışdırıcı Habib Beye qarşısına qoyulan 2 tapşırığın - Liqa 1 təmsilçisini UEFA Çempionlar Liqasına vəsiqə verən yerlərdən birini tutmaq və Fransa Kubokunda finala çıxmaq işlərinin öhdəsindən gəlməyib. A

48 yaşlı Beye 2026-cı ilin fevralından "Marsel"dədir. Seneqallı mütəxəssisin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Baş məşqçi postuna namizədlərin kimliyinə gəlincə, bunlar Bryuno Jenezyo ("Lill"), Kristof Qaltye ("Neom") və 2025-ci ilin payızında "Monako"dan ayrılan Adi Hyutterdir.

Qeyd edək ki, 33 oyuna 56 xal toplayan "Marsel" Fransa çempionatının turnir cədvəlində 6-cı pillədə mövqe tutub.

Toğrul

Seçilən
52
1
fanat.az

2Mənbələr