AZ

ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib

23 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 27.04.2026-cı il tarixində başlayıb, 11.05.2026-cı il tarixində bitmişdir.

AZ2006004587 İSİN kodlu istiqrazların yerləşdirilməsi 13 may 2026-cı il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:23 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 27.04.2026-cı il tarixində başlayıb, 11.05.2026-cı il tarixində bitmişdir.

AZ2006004587 İSİN kodlu istiqrazların yerləşdirilməsi 13 may 2026-cı il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: 

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2006004587

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı: 50 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 5 000 000 manat

Kupon faizi: 9%

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  1 il

Minimal qiymət:  100 (9.0000%) manat 

Maksimal qiymət: 100 (9.0000%) manat

Kəsmə qiyməti: 100 (9.0000%) manat

Ortaçəkili qiyməti: 100 (9.0000%) manat

Reallaşdırılmış həcm: 5 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 15 973 500 manat

Abunə yazılışında iştirak etmiş investor sayı: 136

Sifarişi icra edilmiş investor sayı: 134

Abunə yazılışında təklif edilmiş sifariş sayı: 154

İcra edilmiş sifariş sayı: 152

Anderrayter:  ABB-İnvest İnvestisiya Şirkəti” QSC

Seçilən
26
2
marja.az

10Mənbələr