AZ

Türkiyədə genişmiqyaslı ƏMƏLİYYAT: 324 NƏFƏR SAXLANILDI - VİDEO

Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Musavat.com xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 47 vilayətdə həyata keçirilən əməliyyatlar zamanı 324 şübhəli saxlanılıb.

Nazirliyin sosial media hesabında verilən açıqlamada bildirilib ki, əməliyyatlar MİT, Terrorla Mübarizə idarələri, və Baş Prokurorluqla koordinasiyalı şəkildə həyata keçirilib.

Məlumata əsasən, saxlanılan şəxslərin bir hissəsinin axtarışda olduğu, bəzilərinin isə terror təşkilatına maliyyə dəstəyi verdiyi müəyyən edilib. Həmçinin onların əvvəllər İŞİD daxilində fəaliyyət göstərdiyi bildirilib.

Açıqlamada təhlükəsizlik qüvvələrinin terrorla mübarizə əməliyyatlarını fasiləsiz davam etdirdiyi vurğulanıb: “Millətimizin sülhü, birliyi və həmrəyliyi üçün əməliyyatlarımızı ilin 365 günü gecə-gündüz davam etdiririk”.

Musavat.com 

Seçilən
19
musavat.com

1Mənbələr