AZ

Lion un tarixində ən çox qol vuran Fleri Di Nallo vəfat edib

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Fransanın "Lion" klubunun tarixində ən çox qol vuran futbolçu Fleri Di Nallo 83 yaşında vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransalı sabiq hücumçu "Lion"un heyətində 494 oyunda 222 dəfə fərqlənib. O, komanda ilə üç dəfə Fransa Kubokunu (1964, 1967, 1973) və bir dəfə Fransa Superkubokunu (1973) qazanıb.

Fleri Di Nallo "Lion"dan əlavə, "Red Star" və "Monpelye" klublarında da oynayıb. O, Fransa millisində 10 oyun keçirib və 8 qol vurub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr