AZ

Araratda dava və atışma olub

ain.az, Ayna portalına istinadən məlumat verir.

Hadisə yerində qan izləri olan avtomobillər tapılıb

Ermənistanın Ararat bölgəsində dava və atışma baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Hadisə mayın 11-də Daştavan kəndi yaxınlığında, Masis-Eçmiədzin magistral yolundakı avtomobil yuma məntəqəsinin yaxınlığında baş verib.

Şahidlər bildiriblər ki, bu ərazidə dava təxminən 40 dəqiqə davam edib və bundan sonra atəş açılıb. İştirakçılar maşınlarını ataraq hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları hələlik hadisə yerinə gəlməyib.

Saytın məlumatına görə, hadisədə təxminən 15 nəfər iştirak edib. Onlardan altısının şəxsiyyəti müəyyən edilib - Ararat bölgəsi və İrəvan sakinləri, 22-48 yaşlarında.

Hadisə yerində BMW, “Mercedes”, “Honda” və “Opel” avtomobilləri tapılıb və ilkin məlumatlara görə, onlarda qan izləri aşkar edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
ayna.az

1Mənbələr