AZ

Ərdoğan Qazaxıstana səfərə gəlib FOTO

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının və Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi Qazaxıstana gəlib.

Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə İstiqlal Sarayında təkbətək görüş keçirəcək və daha sonra həmkarı ilə birlikdə Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək.

Görüşlər zamanı "genişləndirilmiş strateji tərəfdaşlıq" səviyyəsində ikitərəfli münasibətlər hər cəhətdən qiymətləndiriləcək və iki ölkə arasında strateji əlaqələrin gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Seçilən
33
26
anspress.com

10Mənbələr