Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Paytaxtın Ziya Bünyadov prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 9-da saat 18:24 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, taksi fəaliyyəti ilə məşğul olan 77-NO-563 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü yanacaqdoldurma məntəqəsinə əks istiqamətdən daxil olub. Daha sonra o, hərəkət zolaqlarını kəsərək birbaşa ən sağ zolağa manevr edib və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Görüntünü qeydə alan avtomobilin sürücüsü əvvəlcə siqnal vasitəsilə qayda pozan sürücüyə xəbərdarlıq edib, daha sonra ona yaxınlaşaraq iradını bildirib. Lakin qayda pozuntusuna yol verən sürücü “Mən belə girirəm, əcəb edirəm” deyərək hərəkətinə haqq qazandırmağa çalışıb.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.