AZ

Fitso: Zelenski sülh istəyirsə...

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Slovakiya Baş naziri Robert Fitso bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarında həqiqətən maraqlıdırsa, birbaşa Vladimir Putinə zəng etməlidir. 

"Cebheinfo.az" xəbər verir ki, Fitso həmçinin Avropanın Rusiya ilə siyasi dialoqu kəsməsini "böyük bir səhv" kimi qiymətləndirib.

Moskvadakı Qələbə Günü qeyd etmələrində iştirak etdikdən sonra Slovakiya mətbuatına açıqlama verən Fitso, Zelenski ilə apardığı görüşlərdən əldə etdiyi təəssüratları bölüşüb.

Özünün hər hansı bir mesaj daşımadığını, sadəcə iki tərəf arasında "xoşməramlı elçi" ola biləcəyini qeyd edən Fitso bu ifadələri işlədib:

“Zelenskiyə dedim: Volodimir, sənin də telefon nömrən var. Məncə, sülhdə marağın varsa, telefonu götürüb Putini yığmağın çox yaxşı olardı”.

Slovakiya Baş naziri bu addımın atılacağı təqdirdə atəşkəs və sülh prosesinin sürətlənə biləcəyinə işarə edib.

Fitso Avropa İttifaqının Rusiya ilə siyasi dialoqdan imtina etməsini kəskin tənqid edib. Onun fikrincə, Avropanın hazırkı yanaşması yalnız hərbi dəstəyə əsaslanır:

"Avropa İttifaqından hazırda yalnız hərbi kreditlər və müharibəyə dəstək gəlir. Slovakiya buna qoşulmayacaq.

Bəzi Aİ ölkələri o qədər absurd nöqtəyə gəliblər ki, bir üzv ölkənin baş nazirinin faşizmə qarşı qələbə şənliklərinə getmək üçün onların hava məkanından istifadə etməsinə icazə vermirlər. Bu, qarşılıqlı etimada heç bir şəkildə töhfə vermir".

Baş nazir konkret ölkə adları çəkməsə də, bu açıqlamanın xüsusilə Polşa və Baltikyanı ölkələrin onun Moskvaya keçidinə icazə verməməsi ilə bağlı xəbərlərə istinad etdiyi güman edilir.

Fitso Qərbin Ukrayna məsələsində Rusiya ilə dialoqu tamamilə kəsməsinin həll yolu olmadığını, əksinə müharibəni uzatdığını müdafiə edib.

Slovakiyanın sülh tərəfdarı mövqeyini qoruyacağını təkrar edən Baş nazir, "Müharibədə qalib gəlməyin yeganə yolu silah deyil, masa arxasında oturmaqdır" mesajını verib.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
cebheinfo.az

2Mənbələr