AZ

Pedaqoji Universitetdə STEAM hesabat sərgisi

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində fəaliyyət göstərən STEAM Mərkəzinin təşkilatçılığı ilə “STEAM hesabat sərgisi” keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə tələbələrin hazırladıqları müxtəlif layihələr, əl işləri, cihaz və qurğular nümayiş etdirilib.

Rektor professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, fakültə dekanları, kafedra müdirləri və professor-müəllim heyəti sərgiyə baxış keçiriblər.

Fizika fakültəsinin dekanı və STEAM Mərkəzinin müdiri dosent Arzu Daşdəmirov tələbələrin layihələri haqqında ətraflı məlumat verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
azertag.az

1Mənbələr