AZ

Dik Advokat yenidən Kurasao millisinin baş məşqçisi təyin olunub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 13 may, AZƏRTAC

Dik Advokat yenidən futbol üzrə Kurasao millisinin baş məşqçisi təyin olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli futbol federasiyası məlumat yayıb. Niderlandlı mütəxəssis bu vəzifədə həmyerlisi Fred Ratteni əvəzləyib.

Qeyd edək ki, Kurasao yığmasını tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə çıxaran Dik Advokat bu ilin fevralında gözlənilmədən komandadan ayrılmışdı. 78 yaşlı mütəxəssis bu addımı səhhətində ciddi problemlər olan qızına görə atmışdı. O, övladının müalicəsinə daha çox vaxt ayırmaq üçün yığmadakı postunu tərk etmişdi.

İyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək. Kurasao millisi mundialda Almaniya, Kot d`İvuar və Ekvador yığmaları ilə E qrupunda mübarizə aparacaq.

Dik Advokat dünya çempionatları tarixində final mərhələsində iştirak edən ən yaxşı baş məşqçi olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
azertag.az

2Mənbələr