AZ

RİNN də WUF13 lə əlaqədar iclas keçirildi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək on üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətlərinin təmin edilməsi məqsədilə görülmüş işlər və son vəziyyətə dair iclas keçirilib. 

"Unikal" xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun sədrlik etdiyi iclasda ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətləri ilə bağlı həyata keçirilmiş işlər, Bakı Olimpiya Stadionunda internet xidmətlərinə olan tələblər müzakirə edilib. Həmçinin internet xidmətlərinin, beynəlxalq internet kanallarının, mobil telefon rabitəsinin (səs/internet) təşkili üzrə hazırkı vəziyyət nəzərdən keçirilib. 

Tədbirin telekommunikasiyaya olan tələbatının yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
3
unikal.az

10Mənbələr