![]()
İran hakimiyyəti BRİKS daxilində parçalanma istəmir və qrupun sentyabr ayında Yeni Dehlidə keçiriləcək sammitinin uğurla baş tutmasını, habelə ortaq bəyannamənin qəbul edilməsini dəstəkləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistanın ANI agentliyinə müsahibəsində İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.
"Biz BRİKS bəyannaməsinin qəbul edilməsinin tərəfdarıyıq. Hindistanın ev sahibliyi etdiyi BRİKS sammitinin uğurla keçməsini istəyirik. BRİKS-in parçalanmış olduğu təəssüratının yaranmasını istəmirik. İranın qonşularından yalnız bir ölkə inadla sənədlərə İranın qonşularına hücum etdiyi iddiası ilə bağlı qınaq bəndinin salınmasına çalışır", — deyə o qeyd edib.
Qaribabadi əlavə edib: "Biz qonşu dövlətlərə hücum etməmişik. Əksinə, onlar öz ərazilərini ABŞ-ın ixtiyarına veriblər. Həmin ərazilərdən İrana minlərlə zərbə endirilib. Biz hər bir belə halı sənədləşdirmişik və BMT-yə 500 səhifəlik material təqdim etmişik. Biz bununla barışa bilmərik".
Məryəm Quliyeva