AZ

“Birmarket” yanğından sonra işini tam bərpa edib

Bakı, 13 may, AZƏRTAC

Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın hadisəsindən sonra “Birmarket” platformasının işi artıq tam şəkildə bərpa olunub.

Bu barədə AZƏRTAC-a “Birmarket”dən bildirilib.

“Hazırda müştərilər platforma üzərindən istədikləri məhsulu rahatlıqla sifariş edə bilərlər. Cari sifarişlərin ünvanlara heç bir gecikmə olmadan çatdırılması üçünsə bütün imkanlarımızı səfərbər etmişik. Bizim üçün ən önəmli dəyər tərəfdaşlarımızın və müştərilərimizin bizə olan inamıdır. Hazırda dəyən ziyanın dəqiq qiymətləndirilməsi aparılır. Məhsullarını anbarımızda saxlayan bütün satıcılarımıza dəyən zərər sığorta mexanizmlərimiz çərçivəsində, tam şəkildə və operativ olaraq kompensasiya ediləcək. Heç bir partnyorumuz bu prosesdə tək qalmayacaq. Bununla yanaşı, hadisə səbəbindən sifarişi ləğv edilmək məcburiyyətində qalan müştərilərimizə tərəfimizdən xüsusi imtiyazlar təqdim ediləcək. Bu barədə həmin istifadəçilərə platforma daxilində fərdi bildirişlər göndəriləcək”, - deyə şirkətdən bildirilib.

Seçilən
18
21
azertag.az

10Mənbələr