AZ

Çin və ABŞ İran məsələsində ortaq maraqlara malikdir? ABŞ nin keçmiş səfiri DANIŞDI

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"ABŞ Prezidenti Donald Tramp Çinə səfərə yola düşməzdən əvvəl verdiyi bəyanatlarda bildirib ki, onun baxış bucağından müzakirələrin əsas diqqət mərkəzində ticarət məsələləri və ABŞ ilə Çin arasındakı ticarət gərginliyinin azaldılması dayanacaq. Bu yanaşma Çinin ABŞ-yə nadir torpaq minerallarının ixracını dayandıra biləcəyi ilə bağlı xəbərdarlıqları fonunda xüsusilə diqqət çəkir. Həmçinin bu, bir il əvvəl tərəflər arasında ticarət müharibəsinin dayandırılması ilə bağlı əldə olunan qərarın davamı kimi qiymətləndirilir".

Bu fikirləri Redaktor.az-a ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin səbəblərindən danışarkən ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza səsləndirdi.

Onun fikrincə, belə görünür ki, Prezident Tramp ABŞ sənayesi üçün strateji əhəmiyyət daşıyan nadir torpaq minerallarının Çindən ABŞ-yə ixracının davam etməsində maraqlıdır:

"Bunun müqabilində isə Vaşinqtonun Çin üçün tarif siyasətində müəyyən güzəştlərə getməyə hazır ola biləcəyi ehtimal edilir. Bundan əlavə, Trampın açıqlamalarına görə, Tayvan məsələsi də gündəmdə olacaq əsas mövzulardan biridir. Hətta o, ABŞ ilə Çin arasındakı iqtisadi münasibətlərdə müəyyən irəliləyiş əldə olunacağı təqdirdə, Vaşinqtonun Tayvana siyasi və hərbi dəstəyində yumşalma ola biləcəyinə dair mesajlar verib".

Müsahibimizin fikrincə, digər mühüm mövzulardan biri isə İran ətrafında yaranmış vəziyyət olacaq:

"Çin siyasi və iqtisadi baxımdan İranla yaxın münasibətlərə malikdir və müəyyən mənada Tehrana dəstək verir. Bununla yanaşı, unutmaq olmaz ki, Çin 2015-ci ildə imzalanmış “İran nüvə sazişi” - Birgə Hərtərəfli Fəaliyyət Planının tərəflərindən biri olub. Həmin saziş İranın nüvə proqramını məhdudlaşdırmaq və ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıyırdı. Bu baxımdan maraqlı məqam ondan ibarətdir ki, Çin bir tərəfdən İranı siyasi və iqtisadi baxımdan dəstəkləsə də, digər tərəfdən ABŞ ilə birlikdə İranın nüvə silahına sahib olmaması məqsədini paylaşır. Bu isə Vaşinqton və Pekin arasında rəqabətlə yanaşı müəyyən strateji ortaq maraqların da mövcud olduğunu göstərir".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
1
redaktor.az

2Mənbələr