AZ

Gecə zəif görənlər bunu bilməlidir

Qaranlıqda zəif görmə, axşam saatlarında hərəkət etməkdə çətinlik çəkmə və işıqlı məkandan qaranlıq yerə keçərkən gözlərin gec uyğunlaşması xalq arasında “toyuq korluğu” adlandırılan problemin əsas əlamətləridir. Mütəxəssislər bildirirlər ki, bu hal sadəcə narahatlıq deyil, bəzi ciddi göz xəstəliklərinin ilkin xəbərçisi ola bilər.Metbuat.az xəbər verir ki, tibbdə bu vəziyyət gecə korluğu və ya niktalopiya (nyctalopia) adlanır. Bu zaman insan gündüz saatlarında normal görə bilsə də, zəif işıqda və gecə vaxtı görmə qabiliyyəti azalır. Xüsusilə avtomobil idarə edərkən, pilləkənlərlə hərəkətdə və qaranlıq küçələrdə bu problem daha qabarıq hiss olunur. Araşdırmalara görə, niktalopiyanın əsas səbəbləri arasında A vitamini çatışmazlığı, katarakta, miyopiya (uzağı zəif görmə), torlu qişa xəstəlikləri, şəkərli diabetin gözə təsirləri və bəzi irsi pozuntular yer alır. Yaş artdıqca da bəzi insanlarda gecə görmə zəifliyi müşahidə oluna bilər.Həkimlər bildirirlər ki, göz sağlamlığını qorumaq üçün düzgün qidalanma mühüm rol oynayır. Kök, ispanaq, yumurta, süd məhsulları, balıq və qaraciyər kimi A vitamini ilə zəngin qidalar faydalı hesab olunur. Eyni zamanda uzun müddət ekran qarşısında qalmaq və göz yorğunluğu da narahatlığı artıran amillərdən sayılır.

Mütəxəssislər xəbərdarlıq edir ki, qaranlıqda görmə zəifliyi davamlı hal alarsa, bunu sadə problem kimi qəbul etmək olmaz. Vaxtında müayinə olunmayan şəxslərdə gündəlik həyat keyfiyyəti aşağı düşə, xüsusilə gecə avtomobil idarə edərkən risk arta bilər.

Seçilən
45
metbuat.az

1Mənbələr