AZ

Kasıb qadınlar daha çox infarkt olur– Alimlər


Alimlərin araşdırmasına görə, kasıb qadınların ürək tutmalarından ölmə ehtimalı daha yüksəkdir.


Medicina.az xəbər verir ki, Britaniyalı alimlər maliyyə vəziyyətinin qadınların ömür uzunluğuna kişilərə nisbətən daha çox təsir etdiyini aşkar edib.
Zəif maliyyə vəziyyətinin nəticəsi olaraq, qadınlar kişilərə nisbətən ürək tutmalarından daha çox əziyyət çəkir ki, bu da sonda onlarınerkən ölümünə səbəb olur.

Tədqiqatçılar öz tədqiqatları üçün dünyanın müxtəlif ölkələrindən 20 milyon insanın məlumatlarını araşdırdılar.

Məlum oldu ki, kişilər, ümumiyyətlə, pul çatışmazlığı səbəbindən qadınlara nisbətən xəstəliklərə elə də həssas deyillər.

Bundan əlavə, bu səbəbdən kişilər nadir hallarda ölürlər, qadınlar isə sosial statusa və pul çatışmazlığına daha güclü reaksiya verirlər.


AygünMusayeva





Seçilən
35
1
medicina.az

2Mənbələr