AZ

Küveyt İran gəmisinə hücum edib

Arakçi Küveytin Fars körfəzində İran gəmisini qanunsuz hədəf allndığını bildirib...

Poliqon xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi Küveytin Fars körfəzində İran gəmisinə hücum etdiyini və dörd İran vətəndaşını saxladığını açıqlayıb.

Nazirin sözlərinə görə, hadisə İran əleyhinə gərginliyi artırmağa yönəlmiş açıq təxribat xarakteri daşıyıb. O bildirib ki, Küveyt qüvvələri İran gəmisini qanunsuz şəkildə hədəfə alaraq ekipaj üzvlərini saxlayıb.

Arakçi qeyd edib ki, insident ABŞ-nin İrana qarşı əməliyyatlarda istifadə etdiyi adanın yaxınlığında baş verib. İran rəsmisi bu addımın regionda qarşıdurmanı dərinləşdirmək məqsədi daşıdığını vurğulayıb.

İran XİN rəhbəri saxlanılan İran vətəndaşlarının dərhal azad edilməsini tələb edib. O, həmçinin Tehranın bu hadisəyə cavab vermək hüququnu özündə saxladığını bildirib.

Rəsmi Tehran hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirir. Hələlik Küveyt tərəfi məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Poliqon.info

Seçilən
73
6
poliqon.info

6Mənbələr